Şriftin ölçüsü :

Saytın rəngi :

Mehdixanlı kəndində Bərdə Rayon İcra Hakimiyyəti Başçısının səyyar qəbul – görüşü olmuşdur.

08 noyabr 2018 | 16:00
Qəbulda rayon icra hakimiyyətinin,  hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
            Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış  edərək respublikamızda gedən sosial-iqtisadi inkişafın xalqımızın  rifah halının yaxşılaşmasına təsirindən, həmçinin Mehdixanlı kəndində görülən işlərdən, sakinlərinin məşğuliyyətindən, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışmış, bütün rayon sakinləri adından ölkə Prezidentinə dərin minnətdarlığını bildirmişdir.  Bərdənin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışmış, bildirmişdir ki, əhali işıq, qaz və su ilə fasiləsiz təmin olunur. Mehdixanlı kənd    İnzibati Ərazi Dairəsinin  əhatə etdiyi bütün kəndlər qazlaşdırılıb. Mehdixanlı
kəndinin 2,5 km daxili yolları qum-çınqılla əsaslı təmir edilib (AzKİL),  2017-ci ildə tikilmiş Yeni Daşkənd-Umudalılar yolu Mehdixanlı kəndindən keçir, ərazidə 2 ədəd avtobus dayanacağı quraşdırılıb, kəndin içməli su şəbəkəsi tikilib, evlərə içməli su verilmişdir (bələdiyyə tərəfindən), 2011-ci ildə 220 şagird yerlik İkinci Hacallı kənd tam orta məktəbi tikilib,  2011-2015-ci illərdə inzibati ərazi dairəsinin bütün kəndlərinin daxili yolları qum-çınqılla əsaslı təmir edilib (Az.KİL və MKSİF tərəfuindən 21,6 km),  2017-ci ildə Yeni Daşkənd-Umudalılar yolu tikilib, inzibati ərazi dairəsinin bütün kəndləri (7 kənd) həmin yoldan istifadə edir,  2012-ci ildə İkinci Hacallı kəndinin 40 ailəsinə xidmət edən içməli su şəbəkəsi əsaslı təmir edilib ( Aran),  2013-cü ildə İkinci Hacallı kəndinin böyük hissəsinin içməli su ilə təminatı üçün şəbəkə tikilib, 8 bulaq və 12 su krantı qurulub,  2014-cü ildə İkinci Hacallı kəndinin 35 ailəsinə xidmət edən su şəbəkəsi əsaslı təmir edilib (bələdiyyə),  2015-ci ildə İkinci Hacallı kənd qəbirstanlığı abadlaşdırılıb, 710 metr hasar, dalan, 1 otaq, 2 bulaq tikilib (Az.KİL), İkinci Hacallı kəndində suvarma üçün 1 ədəd subartezian quyusu bərpa edilib (Aran təşkilatı), İnzibati ərazi dairəsində 7 km açıq dren-kanallar lildən təmizlənib,  2013-ci ildə Seyif Yusif Ağanın məqbərəsi tikilib, türbə avadanlıq və inventarlarla təchiz edilib, ərazidə 6,3 km yol asfaltlaşdırılb, yaşıllıq zolağı salınıb, ətrafdakı həyətlərin hasarları tikilb, 2011-2017-ci illərdə inzibati ərazi dairəsində 5 ədəd subartezian quyusu vurulub (Qayalı kəndində 1 ədəd, İkinci Hacallı kəndində 4 ədəd), 2 ədəd uzun illərdən bəri işləməyən subartezian quyusu bərpa edilib,  kəndin ərazisindən keçən avyomobil yolunun kənarları abadlaşdırılıb və yaşıllıq zonaları yaradılıb, kəndin ərazisində olan xidmət obyektləri müasir memarlıq üslubunda qurulub, kənd vataşırı məişət tullantılarindan təmizlənir.
             Sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Mehdixanlı kəndindən Aydıova Rahilə Soltan qızı kəndin ərazisindən keçən 2 km açıq dren kanalın lildən təmizlənməsi, Seyidov Etibar Mirkərim oğlu Fərdi yaşayış evi tikilməsi, Həsənov Nəzər İmaməli oğlu Yevlax şəhəri ilə kəndin sərhəddində olan suvarma kanalının lildən təmizlənməsi və pay torpaqlarının suvarılması üçün istifadə olunan subartezian quyusunun təmiri,  Məmmədov Elmidar Qayalı kəndinin baş yolunun asfaltlaşdırılması, Cəfərova Elşan Elman oğlu Həyətindən keçən 10 min kv-luq elektrik xətinin yerinin dəyişdirilməsi, Qiyasov Nizami Əhliman oğlu yeni çtikilmiş 4 evə qaz çəkilməsinə köməklik göstərilməsi, Məmmədova Zenfira Birdəfəlik maddi yardım göstərilməsi, Məmmədov Sərdar Müseyib oğlu qazın təzyiqinin aşağı olması barədə tədbir görülməsi və digər məsələlərlə bağlı müraciət etmişlər.
              Qaldırılan məsələlər barədə aidiyyatı qurumlara müvafiq tapşırıqlar verilmişdir. Kənd sakinləri pambıqdan, baramadan gələn gəlirlərin kənd camaatının firavanlığını yaxşılaşdırdığını bildirərək əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını bildirmişlər
Keçidlər