Şriftin ölçüsü :

Saytın rəngi :

Mollalı kəndində rayon İcra Hakimiyyəti başçısının səyyar qəbul-görüşü keçirilmişdir.

14 mart 2019 | 16:00
Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış  edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı müşavirədə ölkə başçının verdiyi tapşırıqları və həmin günlərdə imzaladığı Sərəncamlar barədə ətraflı məlumat verdi, respublikamızda gedən sosial-iqtisadi inkişafın xalqımızın  rifah halının yaxşılaşmasına təsirindən, xalqımızın həyat şəraitinin yüksəldilməsinə göstərdiyi müsbət təsirdən, ölkə iqtisadiyyatının sürətlə inkişafından danışmış, bütün rayon sakinləri adından ölkə Prezidentinə göstərilən diqqət və qayğıya görə dərin minnətdarlığını bildirmişdir. Azərbaycan Respublikasının Prezidentinin diqqət və qayğısı ilə Bərdənin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, icra edilən layihələrdən söz açmış, bildirmişdir ki, Azərbaycan dövləti daima xalqın yanındadır.
Son illər Mollalı kənd inzibati ərazi dairəsi üzrə kəndlərin sakinlərinin də istifadə etdiyi  Mollaisalar-Vəliuşağı-Sərkarlar yolu yenidən qurulmuş və asfaltlaşdırılmış,   Mollalı-Yerli Ağalı-Məşədiibşli kəndlərarası yol, 8 km kənddaxili yollar qum-çınqılla əsaslı təmir edilmiş,  8 km suvarma kanallları və 6 km açıq dren kanallar lildən təmizlənmiş,  2 ədəd su keçidi yenidən qurulmuş, Mollalı kənd EATS-ə optik xətt çəkilərəkm inzibati ərazi dairəsinin bütün kəndlərinə sürətli internetə verilmiş,  hər biri 200 başlıq 3 tövlə, inzibati heyvandarlıq kompleksi tikilmiş, kəndlərin elektrik xətlərinin kabelləşdirilməsinə başlanılmışdır.
Kənddə pambıqçılığın və baramaçılığın inkişafı üçün tədbirlər həyata keçirilmiş, 2018-ci ildə 175 hektar sahədə pambıq əkilmiş, hər hektardan orta hesabla 35 sentner olmaqla 612,5 ton pambıq istehsal edilmiş, 2019-cu ildə 187 hektar pambıq əkilməsi nəzərdə tutulmuş, artıq 37 nəfər fermer 187 hektar sahədə pambıq əkilməsi üçün istehsal müəssisələri ilə müqavilə bağlamış və pambıq əkiləcək sahələr arat olunmuşdur.  Baramaçılığın inkişafı üçün ərazidəki bütün çəkil ağacları budanmış, 2018-ci ildə ərazidə  6500 ədəd yerli və 3500 ədəd xaricdən gətirilmiş çəkil tingi əkilmişdir.
Sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Kənd sakinləri Mirzə Vəliyev Mollalı-Yerli Ağalı-Məşədiibişli kəndlərarası yolun asfaltlaşdırılması, Hikmət Əzimov kənd tam orta məktəbinin əsaslı təmiri, Səyyab Quliyev kəndin elektrik güc transformatorlarına ayrıc quraşdırılması, Zülü İmanov kəndin ərazisindən keçən 7 km açıq dren kanalın lildən təmizlənməsivə kanalın üzərindəki su keçidi novunun daha böyük diametrli novla əvəz edilməsi, Mürsəl Teymurov uzun illər əvvəl Kür çayında sahilbərkitmə işləri aparılarkən sahilbərkitmə bəndi yaxınlığında olan icarəsində olan bələdiyyə torpağının bir hissəsindən istifadəyə icazə verilməməsi ilə əlaqədar istifadə etmədiyi torpağın əvəzinə torpaq sahəsi verilməsi, Rəşad İmanov kəndin bir hissəsinin içməli su ilə təminatının yaxşılaşdırılması üçün 1 ədəd artezian quyusunun vurulması, İnqilab Həsənov kəndin elektrik şəbəkəsinin yenidən qurulmasının başa çatdırılması, çəkiımiş qaz xəttinin dirəkləri üstündən düşməsi, Nigar Qarayeva Milli Qəhrəman Səfiyar Behbudovun qəbrinin üstünün götürülməsinə görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlığını bildirdi, fizika-riyaziyyat müəllimi olan qızının Qaradəmirçi kəndinə köçməsi ilə əlaqədar onun Bərdə Peşə Liseyində işlə təmin edilməsi, Oruc Behbudov keçmiş kolxoz dövründə Mollalı kəndinə aid olmuş örüş torpağının və islahat dövründə Gülgəzli kəndinə verilmiş hissəsinin Mollalı kəndinə qaytarılması barədə müraciət etmişdir.
Qaldırılan məsələlər barədə aidiyyatı qurumlara müvafiq tapşırıqlar verilmiş vətəndaşlara hüquqi yardım göstərilmiş, müvafiq izahatlar verilmişdir.
Kənd sakinləri kənddə aparılan tikinti-abadlıq işlərinə, pambıqçığıın, baramaçılığın inkişafına, Milli Qəhrəman Səfiyar Behbudovun qəbrinin üstünün götürülməsinə, Prezidentin əhalinin sosial müdafiəsi üçün gördüyü tədbirlərə görə  Respublika Prezidentinə minnətdarlıqlarını bildirmişlər.
 
Keçidlər